Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2022 15:20
"Evimdə 15 il əvvəlki köhnə televizordur. Almıram yenisini, çünki baxmıram. Valideynlərim müəllim olub, nəyisə maaşdan maaşa etmişik. Bir paltarla 2 il gəzmişəm. Bunu ağlamaq üçün demirəm. Bunların sayəsində güclü olmuşuq".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova "Özəl" proqramında deyib. Verilişlərə gec-gec qatıldığını deyən sənətçi evinə televizor almadığını vurğulayıb.
Uşaqlığından bəhs edən İlhamə "Azərbaycanda ən çox döyülən mən olmuşam. Nadinc olduğum üçün yox, məktəbdə yaxşı oxumuşam. Dərsdən gəlirdim, anam deyirdi iş gör. Qadına xas olan ev işləri mənə maraqlı olmayıb" sözlərini əlavə edib.