Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2022 18:06
Azyaşlı oğlunun qida çatışmazlığından ölümündə təqsirli bilinən vegetarian qadın ömürlük həbs cəzasına məhkum edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı Şeyla Oliri oğlu Ezra Olirini təkcə meyvə, tərəvəz və ana südü ilə qidalandırmaqla ölümünə səbəb olmasında ittiham olunurdu.
O, birinci dərəcəli qətl, həmçinin uşaqlara qarşı zorakılıq və qəsdən adam öldürmədə günahlandırılıb.
Onun əri, hazırda həbsdə olan və mühakimə edilən Rayan Patrik Olirinin də eyni ittihamla mühakimə olunacağı gözlənilir.
Polis bölmələrinin məlumatına görə, 2019-cu ilin sentyabrında ölən zaman 18 aylıq oğlanın çəkisi 8 kiloqram olub və 7 aylıq körpənin çəkisi ilə eyni olub.
Olirinin 3 və 5 yaşlarında daha iki az qidalanan uşağı var.