Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qalatasaray”dan ŞOK TRANSFERLƏR: PSJ-nin iki ulduz futbolçusunu alır

“Qalatasaray”dan ŞOK TRANSFERLƏR: PSJ-nin iki ulduz futbolçusunu alır

Tarix: 1 Sentyabr 2022 09:52

"Qalatasaray" klubu PSJ-nin ulduz futbolçusu Leven Kurzavanı transfer etməyə yaxındır.

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb. Bildirilir ki, Kurzava Türkiyə klubuna gəlməyə razılıq versə də, hələlik yekun qərarını verməyib. Futbolçu ilə "Nits", "Lyon" və Fulhem" kimi klublar da maraqlanır. Bildirilir ki, "Qalatasaray"da məşhur futbolçuların olması Kurzavanın diqqətini çəkib.

Qeyd edək ki, "Qalatasaray" PSJ-nin hücumçusu Marko İkardini də transfer etməyə yaxındır. İddialara görə, İkardi müqavilənin şərtlərini müzakirə etmək üçün İstanbula gəlib.

Milli.Az


Etiketlər:  Qalatasaraydan ŞOK TRANSFERLƏR PSJ nin iki ulduz futbolçusunu alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ