Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qusarda yol qəzası olub, ölən var

Qusarda yol qəzası olub, ölən var

Tarix: 1 Sentyabr 2022 23:04

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Qələcuq kəndində qeydə alınıb.

Quba rayon Dəlləkli kənd sakini Qədirov Baxodir Mamat oğluna məxsus "Opel" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı B.Qədirov ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Qusarda qəzası olub ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ