Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 14:56
"Ceyms Ueyb" teleskopundan alınan görüntülər kompüter alqoritmi vasitəsilə səsə çevrilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nəticələr "James Webb Space Telescope"un "YouTube" kanalında yerləşdirilib.
Qeyd edək ki, son illər kosmik hadisələrin sonifikasiyası (müxtəlif məlumat dəstlərindən səslərin yaradılması) populyarlaşıb.
Heç bir elmi dəyəri olmasa da, bu cür transformasiyalar tamaşaçıların diqqətini cəlb etməyə və bir çox kosmik müşahidələrin vasitəçilik dərəcəsini başa düşməyə imkan verir.
Məsələn, müasir teleskoplar nadir hallarda uzaq ekzoplanetləri birbaşa görür, adətən avadanlıq ulduzun parlaqlığında dövri dalğalanmaları çəkir. Bu titrəyişlər melodiyalardan birinin əsası olur.