Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Canana "Kuruluş Osman"ın aktyoru ilə bir arada... - FOTO

Canana

Tarix: 3 Sentyabr 2022 23:05

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova Türkiyədə məşhur aktyor Ahmet Yenilmez ilə bir araya gəlib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Canana Türkiyədə bir layihə üzərində işlədiyini deyib: "Türkiyədə böyük bir layihəyə imza atıram. Məşhur aktyor Ahmet Yenilmez məni o qədər çox istədi ki, ondan dərs alacam. Türkiyə və Azərbaycanda yayımlanacaq "Əlimi tutarmısın" adlı verilişim olacaq. Ona görə türk dilini mükəmməl öyrənməli və məşqlərə getməliyəm. Hətta film də çəkiləcək və orada baş rolda oynayacam.

Layihələrimə imza atıb, Azərbaycana qayıdacam. Uşaqlarım üçün çox darıxmışam. Bir sözlə, dayanmadan çalışıram ki, övladlarımı yanıma gətirəndə istədikləri kimi yaşada bilim".

Qeyd edək ki, Ahmet Yenilmez "Kurtlar Vadisi Pusu"da Karaca Ahmet, "Kuruluş Osman" serialında Demirci Davud kimi obrazları canlandırıb.

Milli.Az


Etiketlər:  Canana Kuruluş Osmanın aktyoru ilə bir arada FOTO


RƏYLƏR