Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həm fiziki, həm də psixoloji yorğunluq var'' - Qurban Qurbanov

''Həm fiziki, həm də psixoloji yorğunluq var'' - Qurban Qurbanov

Tarix: 27 Sentyabr 2019 21:40

“Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Futbolçuları hər oyuna motivasiya etmək çətindi. Həm fiziki, həm də psixoloji yorğunluq var. Bu gün bunu hiss etdim və normal qəbul edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 6-cı turunda evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.
 
O bildirib ki, futbolçuları oktyabrın 3-də Avropa Liqasının II turunda Lüksemburqda "Düdelanj"la oyuna qədər tam hazır etməyə çalışacaqlar: "Mahir Emrelinin həmin görüşə qədər fiziki durumuna baxacağıq. Rəşad Sadıqovun bir az temperaturu vardı. Ona görə bu gün meydana buraxmadıq. Onunla bağlı problem yoxdur. Səfərdə qalib gəlmək istəyirik. "Düdelanj"ın Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməsi bizə ciddi düşünməyə əsas verir. Bütün oyunlara qələbə üçün çıxırıq. Rəqib buna nə qədər imkan verəcək, bunu zaman göstərəcək".

 


Etiketlər:  Həm fiziki həm psixoloji yorğunluq Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ