Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 18:52
Xerson ruslardan azad edildikdən sonra HİMARS sistemlərini işğal altında olan Krım yaxınlığına yerləşdirmək lazımdır. Bu, rusların işini xeyli çətinləşdirəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu istefada olan amerikalı general-leytenant Ben Hoces deyib.
O bildirib ki, HİMARS yarımadaya yaxınlaşdırıldıqdan sonra bütün infrastruktura, o cümlədən Sevastopol limanına hər gün hücum etmək olar:
"Bu, həqiqətən də Rusiyanın Krımdan əməliyyatlar aparmasını çox çətinləşdirəcək. Qara dəniz donanması artıq yarımadanın arxasında gizlənir. Bu (Xersonun azad edilməsi) rusların işini çox çətinləşdirəcək. Artıq Krım çimərliklərində rus turistləri görməyəcəksiniz".