Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2019 08:44
Bakı. Trend:
Rusiya sentyabrın 26-dan etibarən Cənubi Koreyadan ev donuzlarının tədarükünə qadağa qoyub.
Trend-in məlumatına görə, qərar Cənubi Koreyada donuzlar arasında yayılmış "Afrika taunu" xəstəliyi səbəbindən qəbul edilib.
Məlumata görə, qadağa müvəqqəti xarakter daşıyır və diri heyvandan başqa donuz ətindən hazırlanmış məhsullara da aid edilir.
Bundan başqa qərarın Cənubi Koreyadan gətirilən vəhşi çöl donuzlarına da aid olduğu bildirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin