Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə gəlinin xeyrinə qərar çıxardı

Məhkəmə gəlinin xeyrinə qərar çıxardı

Tarix: 6 Sentyabr 2022 19:08

Rusiyada Perm sakini məhkəmə yolu ilə qayınanasına məxsus mənzildə azyaşlı uşaqla birlikdə yaşamaq hüququ əldə edib.

Milli.Az bildirir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidmətinin Perm ərazisi üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Zərərçəkmişin qayınatası ilə əri arasında beş il müddətinə kirayə müqaviləsi bağlanıb. Ancaq hər iki kişi bir-birinin ardınca vəfat edib və həyat yoldaşları mülkü necə idarə edəcəkləri barədə razılığa gələ bilməyiblər. Nəticədə, mənzil keçmiş əmlak sahibinin yaşlı dul arvadına keçib və o, oğlunun ölümündən sonra keçmiş gəlinini on yaşlı oğlu ilə birlikdə qovmağa qərar verib.

Evdən qovulan uşaqlı qadının başqa mənzili olmayıb. Mübahisələrin yarandığı mənzildə o, uzun müddət oğlu və mərhum əri ilə birlikdə yaşayıb. Gəlin məhkəməyə müraciət etmək qərarına gəlib. Orada o, oğlu ilə bir mənzildə yaşamaq hüququna malik olduğunu sübut edə bilib, çünki qanuna görə, icarə müqaviləsi hələ də qüvvədədir və avtomatik olaraq yenilənib.

Məhkəmə uşaqlı gəlinin xeyrinə qərar çıxarıb və qayınanadan zərərçəkmişin yaşayış sahəsindən istifadəsinə mane olan bütün maneələri aradan qaldırmağı tələb edib. Onlar mənzilə qayıda biliblər və hazırda mənzil sahibi ilə yaşayırlar. Məhkəmə icraçıları mənzil sahibinə xəbərdarlıq edib ki, əgər o, keçmiş gəlini və nəvəsini yenidən evdən çıxarmaq istəsə, inzibati məsuliyyətə cəlb olunacaq.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məhkəmə gəlinin xeyrinə qərar çıxardı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ