Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 18:25
Aparıcı Lalə Əlimuxtarova sosial şəbəkədə 38 yaşında dünyasını dəyişən mərhum repçi Hüseyn Dərya ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə repçinin məzarının fotosunu yayımlayan aparıcı onunla bağlı xatirələrini bölüşüb:
"Qəribədir, bir gün Hüseyn mənə dedi ki, "Onsuz da çox yaşamayacam. Bilmirəm hansı gün, amma bir gün olmayacam bu həyatda". Onunla 2-3 dəfə yol yoldaşı oldum, hər dəfə eyni sözü deyərdi. Görəsən hiss edirdi yoxsa ölümə tələsirdi? Allah sənə rəhmət etsin".
Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.