Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub

Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub

Tarix: 28 Sentyabr 2019 12:32

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunan festival oktyabrın 4-də yekunlaşacaq.

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı “İçərişəhər” (DTMQİ) və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) ilə birgə təşkil olunub.

Festivalda İslam Şərqinin 30 ölkəsinin 50-dən çox sənərkarı öz yaradıcılıq nümunələrini nümayiş etdirirlər. İştirakçı ölkələr arasında Türkiyə, İran, Əlcəzair, Pakistan, Özbəkistan, Oman Sultanlığı, İordaniya krallığı və s. var.

Açılış mərasimində Mədəniyyət naziri Əbülfəz Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Xalid Ərən və s. iştirak ediblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov deyib ki, ölkə Prezidentinin sərəncamı ilə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkədə bir çox tədbirlər keçirilir.
IRSIKA ilə əməkdaşlıqlarının ötən il başladıqlarını deyən Ə.Ələkbərov əlavə edib ki, Azərbaycanda sənətkarlığın inkişafına dövlət dəstəyi var.

Ə.Ələkbərov hesab edir ki, bu festival islam ölkələri arasındakı əlaqələri daha da genişləndirəcək.

Şeyxülislam Hacı Allahşükür Paşazadə festivalların insanları birləşdirdiyini bildirib: "Içərişəhərin inkişafını gördükdə öz ölkəmlə, ölkəmin möhtəşəm tarixi, mədəniyyət ilə fəxr edirəm . Azərbaycanda islama böyük dəyər verilir. Buna görə mən ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Prezident İlham Əliyevə təşəkkür edirəm ki, müstəqillik dövründə Nəsimini bütün dünyada tanıtmaq üçün çoxsaylı işlər görülüb".

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda beynəlxalq tədbirlərin çox tez-tez keçirilməsi çox sevindirici haldır: "Bakı şəhərinin mirvarisi olan İçərişəhərin öz qapısını yenidən qonaqların üzünə açması çox sevindiricidir. Bu tədbirin də keçirilməsinin xüsusi önəmi var. Biz mədəniyyət və ədəbiyyatsız xalqımızı təsəvvür edə bilmərik".

İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Xalid Ərən festivalda iştirak etmək məqsədi ilə Bakıda olmaqdan məmnun olduğunu söyləyib.

O, bu festivalın davamının olacağını güman etdiyini deyib.
X.Ərən festivalın təşkili üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə, Azərbaycan hökumətinə və Azərbaycan Prezidentinə təşəkkür edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda sənəti Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ