Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Təcrübəmiz sabah bizə kömək edəcək” - Marko Veşoviç

“Təcrübəmiz sabah bizə kömək edəcək” - Marko Veşoviç

Tarix: 8 Sentyabr 2022 08:50

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının qrup mərhələsində "Frayburq"la (Almaniya) sabah səfərdə keçirəcəkləri matç barədə danışıb.

Müdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında rəqibin oyunlarını izlədiklərini deyib:

"Biz soyunu həvəslə gözləyirik. Bu matça hazırıq. "Frayburq" Bundesliqanın lideridir. Onların oyunlarını izləmişik. Analiz etmişik. Artıq 8 oyun keçirmişik. Avropa təcrübəmiz var. Yaxşı oynamağa çalışacağıq. Bilirik ki, rəqib "Böyük beşlik" liqalarından birində liderdir. Bundan əlavə motivasiya lazım deyil. Qarşılaşmaya tam hazır və motivasiyalıyıq".

Qeyd edək ki, sabah "Europa-Park" stadionunda keçiriləcək "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Təcrübəmiz sabah bizə kömək edəcək Marko Veşoviç


RƏYLƏR