Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 23:30
İspan alimləri belə qərara gəliblər ki, D vitamini uşaqları astma xəstəliyinin yaranmasından xilas edə bilər.
Araşdırmalar zamanı alimlər təyin ediblər ki, havası tez-tez soyuq və nəm olan şəhərlərdə yaşayan uşaqlar astma xəstəliyinə daha çox meylli olurlar.
D vitaminin 90%-i günəş şüaları altında insan orqanizmində sintez olunur (yaranır) və heç bir qidadan bu vitaminin lazım olan miqdarını almaq mümkün deyil. Bundan əlavə ekspertlər xatırladırlar ki, məhz vitamin D vərəm xəstəliyinin qarşısının alınmasında böyük rol oynayır.
Soyuq ölkələrdə yaşayan insanlara həkimlər tövsiyyə edirlər ki, qida rasionlarına D vitamini tərkibli vitamin və mikroelement kompleksləri əlavə etsinlər və tez-tez isti ölkələrə getsinlər.