Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 13:34
ABŞ sistemli şəkildə Rusiya Federasiyasının silah idxalına çıxışını bağlayır və təzyiq siyasətini davam etdirəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
"İndi Moskva hərbi dəstək üçün artıq Şimali Koreya və İrana müraciət edir. Çünki biz sistematik olaraq onların idxala çıxışına təzyiqi davam etdirəcəyik", - deyə Vladimir Zelenskinin "Telegram" kanalında Blinkenin sözlərindənsitat gətirib.
Bu bəyanat siyasətçilərin görüşündən sonra verilib.
Qeyd olunub ki, ABŞ bu siyasəti Ukraynaya qarşı təcavüz dayanana qədər davam etdirmək niyyətindədir.