Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:36
ABŞ dövlət katibi Entoni Blinken Fransa, Almaniya və Böyük Britaniyadan olan həmkarları ilə virtual görüş keçirib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Xarici siyasət idarələrinin rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Blinken ABŞ-ın Ukraynaya və onun qonşularına 2,8 milyard dollardan çox əlavə hərbi yardımın elan edilməsi barədə məlumat verib.
Diplomatlar Ukraynaya gələcək humanitar və hərbi yardımın göstərilməsinin vacibliyini qeyd ediblər.