Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada narkotik yetişdirib satan şəxs həbs olunub

Qubada narkotik yetişdirib satan şəxs həbs olunub

Tarix: 10 Sentyabr 2022 15:46

Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini Vüqar Mahmudov saxlanılıb.

Həmin şəxsin evinin həyətyanı sahəsində ümumi çəkisi 18,5 kiloqram olan 13 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub.

Bundan başqa, həmin yerdən 4 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Vüqar Mahmudovun barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Qubada narkotik yetişdirib satan şəxs həbs olunub


RƏYLƏR