Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barsa” Alba, Pike, de Yonq, Depay və Busketslə yollarını ayıracaq

“Barsa” Alba, Pike, de Yonq, Depay və Busketslə  yollarını ayıracaq

Tarix: 11 Sentyabr 2022 21:58

"Barselona" qış transfer pəncərəsində daha çox qazanan futbolçularla yollarını ayırmaq istəyir.

Klub rəhbərliyi yayda başladıqları işi başa çatdırmaq niyyətindədir.

Kataloniya klubunun əsas məqsədi məvacib fondunu növbəti dəfə azaltmaqdır.

Bildirilir ki, qış aylarında yarımmüdafiəçi Frenki de Yonq, müdafiəçilər Jerar Pike və Jordi Alba, eləcə də hücumçu Memfis Depay komandanı tərk edə bilər.

Həmçinin, Busketsin də müqaviləsini uzatmayacağı və klubdan ayrılacağı vurğulanır.

Milli.Az


Etiketlər:  Barsa Alba Pike de Yonq Depay Busketslə yollarını ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ