Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir ailədən ata və iki övladı tələbə krediti alıb

Bir ailədən ata və iki övladı tələbə krediti alıb

Tarix: 12 Sentyabr 2022 12:16

Eyni ailənin iki və daha çox üzvünə rəsmiləşdirilmiş təhsil tələbə krediti ilə bağlı statistika açıqlanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev Fondun hesabat tədbirində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində 4 ailənin 3 üzvü təhsil tələbə krediti alıb.

"Bir ailə payız, 3 ailə isə yaz semestrində kredit alıb. Bir ailədən ata və iki övladı kredit götürməyə müvəffəq olub. Həmçinin 270 ailənin iki üzvü təhsil tələbə krediti alıb. Onlardan 96-sı payız, 174-ü isə yaz semestrində kredit alıb. Ümumilikdə 274 ailənin Ümumilikdə iki və daha çox üzvü kredit alan ailələrin sayı 274-dür. 138 ailə (277 nəfər) sosial, 136-sı (275 nəfər) isə standart TTK götürüb" - deyə o qeyd edib.

Qeyd edək ki, 2021-2022-ci təhsil ili üzrə təhsil tələbə kreditləri ilə bağlı 10 597 müraciət olub. Yekunlaşdırılmış 7962 müraciətdən 6815-nə müsbət cavab, 1147 müraciətə isə imtina verilib. Rəsmiləşdirilmiş TTK üzrə vəsaitin həcmi 5 991 947,67 manat olub.


Etiketlər:  ailədən övladı tələbə krediti alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ