Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 11:48
Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbi eskalasiyanı və bunun nəticəsində yaranmış münaqişə vəziyyətini böyük narahatlıqla izləyirik.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında belə qeyd olunub.
"Qarşıdurmalar zamanı zamanı ölən və yaralananların olması barədə məlumatlar var. Tərəflərin danışıqlar masasına gətirilməsi və (vəziyyətin) daha da gərginləşməsinin qarşısının alması təmin edilməlidir. Qarşıdurmaların istənilən yüksəlişi bütövlükdə regionun təhlükəsizliyinə nəzərə çarpan dərəcədə mənfi təsir göstərəcək. Bu baxımdan gərginliyin aradan qaldırılması və dialoqun bərpası üçün beynəlxalq ictimaiyyətin birgə səyləri xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan münaqişə tərəfləri arasında dialoqa ev sahibliyi etməklə regionda sülh və sabitliyin bərpası prosesində fəal iştirak etməyə sadiqdir", - deyə Nazirliyin açıqlamasında bildirilib.