Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadisə boşanır

Hadisə boşanır

Tarix: 15 Sentyabr 2022 16:42

Məşhur müğənni Hadisə həyat yoldaşı Mehmet Dinçerler ilə boşanma qərarı verib. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin maqazin saytları məlumat yayıb. 

Bildirilir ki, bu qərarı ilk Hadisə verib. Bundan başqa, cütlük bir-birini sosial şəbəkələrdə izləmədən çıxarıb. 

Müğənninin heyranları "biz sənə demişdik, dinləmədin", "qadını dəyişdirməyə çalışdı, nəyə lazım idi bu?", "qısnamalara, qadının azadlığını sıxanlara sıfır tolerans" və s. kimi dəstəkverici şərhlər yazıblar. 

Xatırladaq ki, Hadisə Açıkgöz və Mehmet Dinçerler 4 ay əvvəl nikah masasına əyləşmişdilər.

Qeyd edək ki, onların boşanmasına səbəb Mehmetin Hadisədən uşaq dünyaya gətirməsi və səhnə fəaliyyətində bəzi addımlarına məhdudiyyətlər qoyması olub.  


Etiketlər:  Hadisə boşanır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ