Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq bağçasında qorxulu anlar

Uşaq bağçasında qorxulu anlar

Tarix: 15 Sentyabr 2022 20:54

Sankt-Peterburqda Kəskin respirator virus infeksiyası xəstəsi olan iki yaşlı qız təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sonxeber.net bildirir ki, bu barədə İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İdarəsinə istinadən xəbər verib.

İdarədən verilən məlumata görə, bu, sentyabrın 13-də günorta saatlarında baş verib. İki yaşlı uşağı xəstəxanaya yerləşdirmək üçün Frunzenski rayonundakı uşaq bağçasına təcili yardım çağırılıb. Lakin qız xəstəxanaya çatmamış dünyasını dəyişib. "Biz yoxlayırıq. Uşağın ölümünün şərtlərini öyrənirik", - Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib.

"112" Telegram kanalının məlumatına görə, uşaq bağçasında qızın dodaqları qəfildən göyərib və o, huşunu itirib. Müəllim onu ​​tibb məntəqəsinə aparıb və təcili yardım çağırıb. Kanal qızın Kəskin respirator virus infeksiyası xəstəliyinə tutulmasına da aydınlıq gətirib.

Eyni zamanda, ilkin məlumatlara görə, uşaq bağçaya xəstəlik əlamətləri olmadan daxil olub. Həmçinin, qız tibbi-fiziki göstəricilərinə görə birinci qrupa daxil edilib ki, bu da onun müşahidə müddətində heç bir anormallıq, eləcə də nadir hallarda rast gəlinən xəstəliyin olmaması deməkdir.

Müstəntiqlər təcili yardımın uşaq bağçasına 21 dəqiqə, reanimasiya qrupunun isə yarım saatdan çox getməsinin səbəbini müəyyən etməlidirlər.

İrfan Vəliyev


Etiketlər:  Uşaq bağçasında qorxulu anlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ