Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO)

Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO)

Tarix: 30 Sentyabr 2019 07:42

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Faiq Seyidov, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Ədalət Hüseynəliyev, Komitənin əməkdaşları və gömrük təmsilçiləri iştirak edib. Görüşdə gömrük bəyannaməsinin doldurulması, gömrük təmsilçiliyi ilə bağlı yeniliklər, gömrük təmsilçilərinin vəzifə və məsuliyyətləri barədə məsələlər müzakirə olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin gömrük sistemində apardığı islahatların nəticəsi olaraq beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. İslahatlar çərçivəsində həm gömrük, həm də xarici ticarət iştirakçıları üçün vacib amillərdən biri də ölkəmizdə gömrük təmsilçiliyi institunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması, gömrük təmsilçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə Dövlət Gömrük Komitəsi tərəfindən mərhələli şəkildə imtahanların təşkil olunduğu, imtahanlarda uğur qazanan mütəxəssislərin ixtisas attestatları ilə təmin edildiyi və prosesin gələcəkdə də davam etdiriləcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr barədə məlumat verilərək bildirilib ki, yeniliklərə görə gömrük təmsilçilərinin məsuliyyəti daha da artacaq və onlar gömrük orqanı qarşısında birbaşa cavabdehlik daşıyacaqlar. Xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

O da qeyd edilib ki, DGK tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə gömrük rəsmiləşdirilməsi prosesində müasir informasiya texnologiyalarının tətbiqi daha da genişləndiriləcək. Yeni təkmilləşdirmə nəticəsində rəsmiləşdirməni həyata keçirən şəxslər prosesin bütün mərhələlərini onlara gələn sms və elektron mesajlar vasitəsilə izləyə biləcəklər.

İlkin mərhələdə Bakı Baş Gömrük İdarəsində tətbiq edilən bu yenilik hesabına artıq gömrük təmsilçilərinin gömrük orqanına gəlmələrinə ehtiyac yoxdur. Belə ki, onlar rəsmiləşdirmə zamanı bütün proseslərin izlənilməsini və idarə olunmasını özlərinə aid elektron kabinet vasitəsilə həyata keçirə bilərlər.

Daha sonra gömrük təmsilçilərinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavab verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO) Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (FOTO)


Etiketlər:  Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ