Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Putinə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatın əsası yoxdur” - Peskov

“Putinə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatın əsası yoxdur” - Peskov

Tarix: 15 Sentyabr 2022 23:42

"The Sun" qəzetinin Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdi ilə bağlı dərc etdiyi xəbərin heç bir əsası yoxdur.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, "The Sun" qəzeti Vladimir Putinə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumat dərc etmişdi. Məlumata görə, Rusiya prezidentinin avtomobili sol ön təkərindən sərt zərbə alıb, ardınca isə nəqliyyat vasitəsində güclü tüstüləmə baş verib.

Avtomobil təhlükəsiz yerə aparılıb. Prezidentin özü isə xəsarət almayıb. Qeyd olunub ki, artıq dövlət başçısının bəzi mühafizəçiləri həbs olunub.

Milli.Az


Etiketlər:  Putinə qarşı sui qəsd cəhdi ilə bağlı məlumatın əsası yoxdur Peskov


RƏYLƏR