Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 16:34
Hindistanın Uttar-Pradeş ştatının paytaxtı Laxnau şəhərində gecə saatlarında yaşayış binasının divarının uçması nəticəsində azı doqquz nəfər ölüb, daha iki nəfər yaralanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, divarın uçmasına səbəb musson yağışlarının yaratdığı sel olub. Sutkadan artıqdır ki, bölgədə güclü yağış səngimir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların həyati təhlükəsinin olmadığı bildirilir.