Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşa şəhərində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edilib

Şuşa şəhərində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edilib

Tarix: 17 Sentyabr 2022 19:44

Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edilib.

Nazirlər Kabinetindən Sonxeber.net-a bildiriblər ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərar "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-vıQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasinin təmin olunması məqsədilə qəbul edilib. Bu Qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyənləşdirilib.


Etiketlər:  Şuşa şəhərində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edilib


RƏYLƏR