Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2022 00:24
Rusiyanın Moskva-Abakan təyyarəsinin göyərtəsində dava düşüb. Belə ki, 27 yaşlı qadın hava gəmisinin ayaqyolunda siqaret yandırıb. Stüardessaların buna iradına isə o, nalayiq ifadələrlə cavab verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, münaqişənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Təyyarə eniş etdikdən sonra sərnişin polis tərəfindən saxlanılıb. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin "Federal qanunla müəyyən edilmiş tütünçəkmə qadağasının pozulması" və "xırda xuliqanlıq" maddələri ilə inzibati protokollar tərtib edilib.