Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq” - İrəvanda piket - FOTO

“Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq” - İrəvanda piket - FOTO

Tarix: 18 Sentyabr 2022 20:40

ABŞ-ın İrəvandakı səfirliyi qarşısında piket keçirilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri fonunda keçirilən aksiya Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə dəstək məqsədilə təşkil edilib.

Ermənistanın "Birgə" hərəkatının bir qrup gənc fəalı piket zamanı amerikalı siyasətçiyə Ermənistanın Rusiya ilə müttəfiqliyə sadiq qalacağını xatırlatıb. Onlar üç dildə "Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq" yazılı plakatlar açıblar.

Bundan əvvəl isə İrəvanın İncəsənət Mərkəzinin yaxınlığında Pelosinin səfərinə dəstək olaraq piket keçirilib.

Milli.Az


Etiketlər:  Xanım Pelosi Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq İrəvanda piket FOTO


RƏYLƏR