Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 16:54
Bakıda dələduzluqla üzləşdiyini bildirən İran vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.
Sonxeber.net xəbər verir ki, 1985-ci il təvəllüdlü Rasti Moslem Khodadan Səbail Rayon Polis İdarəsinə müraciətində bildirib ki, həmyerlisi, 1968-ci il təvəllüdlü Hamidreza Soheili Shamiran onu aldadaraq külli miqdarda pulunu alıb.
Şikayətçi iddia edib ki, qarşı tərəf ona məxsus ümumilikdə 47 170 manat pulu ələ keçirib.
Müraciətlə bağlı araşdırma aparılır.