Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2022 19:25
Bred Pitt "Chateau de Beaucastel" şərab zavodu ilə əməkdaşlıq nəticəsində yaradılmış "Le Domaine" adlı dəriyə qulluq vasitələrinin istifadəyə verildiyini açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məhsullar aktyorun partnyorları tərəfindən yetişdirilən üzümlər, xüsusən də üzümün toxumu, qabığı və meyəsindən alınan ekstraktlar əsasında hazırlanıb. Qablaşdırmada köhnə şərab qapaqlarından istifadə olunub.
Kosmetik vasitələrin həm kişi, həm də qadınlar üçün nəzərdə tutulduğu bildirilib.