Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 16:56
Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb və tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə “məcburi göstəriş”lər verilib və ərazilər tullantılardan təmizlənib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin