Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 16:42
Rusiya-Ukrayna müharibəsində Türkiyə üçün prioritet "taxıl dəhlizi" məsələsi və əsir mübadiləsi idi.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, dəhliz vasitəsilə artıq 4 milyon tondan çox taxıl daşınıb.
"Təbii ki, hazırda mühüm addımlarımızdan biri Rusiyadan gələcək taxıldır. Ən vacibi gübrə transferi məsələsidir. Biz buna başlayan kimi onları yoxsul ölkələrə göndərəcəyik", - Türkiyə lideri bildirib.
Ərdoğan əlavə edib ki, əsir mübadiləsində 200 ad ətrafında qərar verilib: "Bu 200 nəfər bizdədir. Bunlar bizim qonaqlarımızdır, Putin onlardan birinin adı üzərində (Viktor Medvedçuk) xüsusi durmuşdu. Onu artıq Rusiyaya göndərdik".