Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda “Mercedes” su kanalına aşdı - Ölən və yaralananlar var

Cəlilabadda “Mercedes” su kanalına aşdı - Ölən və yaralananlar var

Tarix: 30 Sentyabr 2019 19:09

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 29-da saat 9 radələrində Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində Masallı rayon sakini Ş.Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarından keçən su kanalına aşırıb. Nəticədə sərnişini olan həmyerlisi Emin Əlibəyli hadisə yerində ölüb, özü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cəlilabadda Mercedes kanalına aşdı Ölən yaralananlar


RƏYLƏR