Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi - VİDEO

Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi - VİDEO

Tarix: 25 Sentyabr 2022 05:32

Avstraliyanın Tasmaniya adasında 200-ə yaxın balina sahilə çıxdıqdan sonra ölüb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə xilasedicilər məlumat yayıb.

Bildirilir ki, sahildə 230 balina tapılıb, onlardan yalnız 35-i sağ olub. Hazırda onların həyatlarının xilas edilməsinə çalışılır.

Mütəxəssislər belə hallarda ölüm səviyyəsi yüksək olduğunu təəssüflə bildiriblər.

Balinalar Makkuori limanının yaxınlığında sahilə çıxıb.

Qeyd edək ki, iki il öncə analoji hadisə zamanı sahilə 500 delfin çıxmışdı, könüllülərin səylərinə baxmayaraq onlardan 300-dən çoxu ölmüşdü.

Milli.Az


Etiketlər:  Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ