Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yağmur Məmmədli beynəlxalq turnirin qalibi oldu

Yağmur Məmmədli beynəlxalq turnirin qalibi oldu

Tarix: 25 Sentyabr 2022 19:46

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisi şəhərində "wtt youth contender Tbilisi" turnirində bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına layiq görülüb.

Yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərinə qalib gəlib.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı həlledici görüşə çıxacaq.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.

Milli.Az


Etiketlər:  Yağmur Məmmədli beynəlxalq turnirin qalibi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ