Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan mənim BMT-dəki məğlubiyyət dolu çıxışıma heç reaksiya vermədi'' - Paşinyan - FOTO

''Azərbaycan mənim BMT-dəki məğlubiyyət dolu çıxışıma heç reaksiya vermədi'' - Paşinyan - FOTO

Tarix: 25 Sentyabr 2022 21:12

"Faktiki Azərbaycan Paşinyanın BMT-dəki məğlubiyyət dolu çıxışına heç reaksiya vermədi".

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Twitter" mikrobloqunda yazıb.

O bildirib ki, İrəvan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyıb-tanımaması ilə bağlı suala cavab almayıb.

"BMT-dəki çıxışımda sadə bir sual verdim: Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, onda sülh sazişinə getmək lazımdır. Təəssüf ki, hələlik müsbət reaksiya yoxdur. Sual budur ki, niyə?", - Paşinyan qeyd edib.

Xatırladaq ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edən Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanın tanıyacağı xəritəni göstərməsini xahiş edib.


Etiketlər:  Azərbaycan mənim dəki məğlubiyyət dolu çıxışıma heç reaksiya vermədi Paşinyan FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ