Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2022 08:52
Keniyanın paytaxtı Nayrobinin Kiambu rayonunda yerli vaxtla saat 05:30-da 6 mərtəbəli bina uçub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb.
Xilasetmə işlərinin davam etdiyi binanın dağıntıları altından indiyədək biri uşaq olmaqla, ümumilikdə 4 yaralının çıxarıldığı bildirilib.
Hadisə şahidləri binanın yaxınlıqdakı evlərin üzərinə uçduğunu bildiriblər.
Dağıntılar altında neçə nəfərin qaldığı haqda məlumat yoxdur.
Tikilməkdə olan binanın hansı səbəbdən çökdüyü hələlik məlum deyil.