Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Medvedev: “Rusiya Ukraynada nüvə silahı tətbiq etsə, NATO buna qarışmayacaq”

Medvedev: “Rusiya Ukraynada nüvə silahı tətbiq etsə, NATO buna qarışmayacaq”

Tarix: 27 Sentyabr 2022 12:40

Rusiya Ukraynanın aqressiyasına cavab olaraq nüvə silahı tətbiq etsə, NATO buna qarışmayacaq və Kiyev bunu qismən olsa da bilməlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev öz Teleqram kanalında yazıb.

"Təsəvvür edin ki, Ukrayna rejiminin ölkəmizin mövcudluğuna təhlükə yaradacaq genişmiqyaslı aqressiyasına qarşı öz ən güclü silahını tətbiq edəcək. Düşünürəm ki, NATO heç bir halda konfliktdə birbaşa iştirak etməyəcək", - Medvedev qeyd edib.

O qeyd edib ki, Vaşinqton, London və Brüsselin təhlükəsizliyi NATO üçün "heç kimə lazım olmayan Ukrayna"nın taleyindən daha önəmlidir.

"ABŞ və Avropa demaqoqları nüvə apokalipsisində ölməyi düşünmür. Ona görə istənilən silahın tətbiqinə göz yumacaqlar", Medvedev deyib.

Milli.Az


Etiketlər:  Medvedev Rusiya Ukraynada nüvə silahı tətbiq etsə NATO buna qarışmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ