Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri - Azərbaycan” filminin premyerası olacaq - VİDEO

Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri - Azərbaycan” filminin premyerası olacaq - VİDEO

Tarix: 29 Sentyabr 2022 11:12

Bu gün Heydər Əliyev Mərkəzində "Dünya xəzinələri - Azərbaycan" ("Treasures of the World - Azerbaijan") filminin premyerası olacaq.

Film Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı, Böyük Britaniyanın "Sandstone Global Productions" şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.

Filmin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur "Dünya xəzinələri" sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuzdur (Bettany Hughes). 

Heydər Əliyev Fondu və bp Azərbaycan auditoriyası üçün filmin Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam versiyasını da hazırlayıb.

Milli.Az


Etiketlər:  Heydər Əliyev Mərkəzində Dünya xəzinələri Azərbaycan filminin premyerası olacaq VİDEO


RƏYLƏR