Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 16:27
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
- 3.0.16-cı yarımbəndə birinci halda "dövlət" sözündən əvvəl "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsi nəzərə alınmaqla," sözləri əlavə edilsin.
- 3.0.45-ci yarımbəndə "sağlamlaşdırılması," sözündən sonra "sahibkarlığa dövlət köməyinin, o cümlədən" sözləri və "mühafizəsi," sözündən sonra "Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi," sözləri əlavə edilsin.