Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alla Puqaçova yenidən Rusiyanı tərk etdi - VİDEO

Alla Puqaçova yenidən Rusiyanı tərk etdi - VİDEO

Tarix: 30 Sentyabr 2022 15:16

SSRİ Xalq artisti Alla Puqaçova yenidən Rusiyanı tərk edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" və "Beşinci Kanal" məlumat yayıb. "İzvestiya" teleqram kanalında Puqaçovanı "Vnukovo-3" hava limanına gətirdiyi iddia edilən "Chevrolet Express" avtomobilini əks etdirən video da paylaşılıb. İlkin məlumatlara görə, sənətçi övladları ilə birlikdə Moskvanın Vnukovo hava limanından İsrailə uçub. Onun geri dönüş bileti almadığı deyilib. Sözügedən maşında isə Puqaçova sentyabrın 1-də uşaqları məktəbə aparıb.

Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib.

Milli.Az


Etiketlər:  Alla Puqaçova yenidən Rusiyanı tərk etdi VİDEO


RƏYLƏR