Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 22:56
Ermənistan Ukraynanı özünə dost ölkə hesab edə bilməz.
Sonxeber.net modern.az-a istinadın bildirir ki, xəbər verir ki, bunu erməni siyasi ekspert Qriqor Balasanyan "Pastinfo"ya müsahibəsində deyib.
"Aydın başa düşmək lazımdır ki, Ukrayna artıq bizim dost ölkə deyil. Unutmamalıyıq ki, 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycanı ilk təbrik edənlərdən biri Ukrayna oldu",- deyə erməni politoloq qeyd edib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı Ukrayna hərbi zavodlarında təmir edilmiş hərbi texnika Azərbaycana gətirilmişdi.
"Unutmayaq ki, Azərbaycan və Ukrayna GUAM təşkilatının üzvləridir, yəni hərbi-siyasi tərəfdaş olmaqla yanaşı, həm də iqtisadi tərəfdaşdırlar", - deyə Balasanyan bildirib.