Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Goranboyda iki minik avtomobili toqquşub - ölən və xəsarət alan var

Goranboyda iki minik avtomobili toqquşub - ölən və xəsarət alan var

Tarix: 2 Oktyabr 2022 11:12

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 31 yaşlı Fəxri Novruzov, 39 yaşlı Fədai Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Goranboyda iki minik avtomobili toqquşub ölən xəsarət alan var


RƏYLƏR