Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 14:21
Göbələk xəstəliyi bədənin müxtəlif bölgələrində xüsusən ayaqlarda yaranan yoluxucu xəstəlikdir. Bu infeksiya dəridə qızartı, qaşınma, iltihab və şişliyə səbəb ola bilər.
Sonxeber.net Axşam.az-a istinadən ayaqda yaranan göbələyi müalicə edən bir neçə təbii qarışımı təqdim edir.
Alma sirkəsi
Qaba bir az su və 1 stəkan alma sirkəsi əlavə edib qarışdırın və ayaqlarınızı bir müddət bu suda saxlayın. Həmçinin, alma sirkəsini pambıq vasitəsilə göbələk olan nahiyəyə çəkə bilərsiniz. 1 saat gözləyin və adi su ilə yuyun.
Düyü unu və alma sirkəsi
Düyü ununu alma sirkəsi ilə məcun halına gələnə qədər qarışdırın. Göbələk olan dırnaqlara bu maskanı çəkib bir müddət gözlədikdən sonra yuyun. Bunu 2 həftə ərzində müntəzəm olaraq tətbiq edin.
Karbonat
Yarım stəkan suya bir az karbonat əlavə edib qarışdırın. Göbələk olan bölgəyə çəkib 10 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Bunu hər gün etməlisiniz.
Kəklikotu yağı və zeytun yağı
Bir neçə damcı ağrıkəsici, antibakterial, antiviral, antiseptik, göbələk və parazit əleyhinə olan kəklikotu yağı ilə zeytun yağı qarışdırın. Qarışımı həmin nahiyələrə çəkib 1 saat saxlayın, sonra su ilə yuyun.
Sarımsaq və zeytun yağı
Zeytun yağını doğranmış sarımsaq əlavə edib isidin. Soyudulmuş yağı pambıqla zədələnmiş nahiyəyə çəkin və bir müddət sonra yuyun. Bunu hər gün müntəzəm olaraq edin.
Limon və zeytun yağı
Eyni miqdarda limon suyunu zeytun yağı ilə qarışdırın. Pambıqla göbələk olan dırnaqlara çəkin. Bir müddət saxladıqdan sonra ilıq su ilə yuyun.