Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 11:00
Bakı. Samir Əli - Trend:
Tərtər rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Ələsgərli-Poladlı avtomobil yolunda baş verib.
Rayonun Mamırlı kənd sakini, 1974-cü il təvəllüdlü Əhmədov Hüseyn Tahir oğlu "NAZ-Lifan" markalı avtomobili sərxoş vəziyyətdə yüksək sürətlə idarə edərkən yolu keçən piyada, Poladlı kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Məhər Məhərrəm oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerindən qaçan sürücü saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə cinayət işi başlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin