Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarici diplomlar hansı hallarda tanınmır? - VİDEO

Xarici diplomlar hansı hallarda tanınmır? - VİDEO

Tarix: 5 Oktyabr 2022 01:32

Xaricdə təhsil almağa yollanmadan öncə yüz ölçüb, bir biçmək lazımdır. Çünki geri qayıdanda diplomunuzun tanınması məsələsi böyük bir sual altında olacaq.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Aytən Quliyeva deyir ki, xaricdə təhsil məsələsində universitetin adı və harada yerləşməsi önəmli deyil.

Vacib olan bəzi detallara əməl olunmasıdır ki, sözügedən qurumun saytında bu barədə ətraflı məlumat var.

Aytən Quliyeva deyir ki, bu prosesdə distant təhsil forması ümumumiyyətlə qəbuledilməz qaydadır. Lakin burada da koronavirus pandemiyası dönəmində təhsil alan tələbələr istisna təşkil edir.

Qurum rəsmisinin sözlərinə görə, qonşu Türkiyədə qiyabi təhsil alanların diplomu birmənalı olaraq tanınmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Xarici diplomlar hansı hallarda tanınmır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ