Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

67 il həbs cəzası alan kişi qeyri-adi səbəbə görə azadlığa çıxdı

67 il həbs cəzası alan kişi qeyri-adi səbəbə görə azadlığa çıxdı

Tarix: 5 Oktyabr 2022 17:34

Britaniyada keçmiş həbsxana işçisi arvadı onun xəyanətindən xəbər tutduqdan sonra qadını öldürüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 2014-cü ildə Aleksandr Klak körpəsinin 17 yaşlı dayəsi ilə yaxın münasibətdə olduğunu öyrənən arvadını döyərək boğub öldürüb. Qadın kişini ondan ayrılmaqla hədələyib. Qəzəbli kişi 2 yaşlı qızının gözü qarşısında həyat yoldaşına hücum edib.

Qatil arvadının cəsədini çamadana qoyub və onu Qrenadanın Müqəddəs Corc şəhərinin kənarında basdırıb. Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqda Aleksandr 67 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun işi məhkəmənin stenoqramının olduğu kompüterlə birlikdə itirilib və məhkəmə britaniyalını azadlığa buraxmalı olub.


Etiketlər:  həbs cəzası alan kişi qeyri səbəbə görə azadlığa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ