Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qadın evə silahlı basqın etdi

Bakıda qadın evə silahlı basqın etdi

Tarix: 7 Oktyabr 2022 12:24

Bakıda quldurluq hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhər sakini olan bir qadın polis bölməsinə müraciət edərək oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb. 

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda qadın evə silahlı basqın etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ