Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sözüm üzü par-par parıldayanadır''

''Sözüm üzü par-par parıldayanadır''

Tarix: 7 Oktyabr 2022 20:45

Stilist Anar Ağakişiyev verilişlərin birində ona söz atan aparıcılardan birinə əsəbiləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə stilist sosial media hesabında paylaşım edib. Anar onu tənqid edən şəxsin adını çəkməsə də belə cavab verib:

"Susduqca otururlar başında. İllərdir o şəxs məni tanıyır. Yaxşı bilir ki, nəinki mənim bostanıma daş atmaq, 5 metr yaxınından belə keçmək mükün deyil, çünki cavabı gələcək. Bunu bilə-bilə nəsə demək, maşallah, şir ürəyi yeyib, halaldır. Öncəliklə əyləşdiyin dəxlisiz verilişdə özünə əl gəzdir. Sanki üzünə günəbaxan yağı ilə makiyaj ediblər. Axırsan yağ kimi, küçə işığı kimi yanırsan. İkincisə də nə sənə, nə digərlərinə, bilmirəm bu qarınağrınız haradandır, bəlkə də veriliş aparacağımı eşitmisiniz ondandır, amma mənim peşəkar aparıcı olmağa fikrim yoxdur. Sadəcə təklif idi gəldi bir müddətlik aparacağam, bu qədər. Sözüm əsas üzü par-par parıldayanadır, mənə toxunduğun an nə olacağını yaxşı bilirsən. Digərləri də sənin simandır. Gəl, sənə bir neçə misal çəkim, hələ də traktor kabloklarda gəzən biri var idi, əvvəl başqa, indi də başqa birində işləyir, hələ də özünü tutuzdura bilməyib, yazıq, bədbəxt. Digəri də hansı ki, fotoşop proqramının pulunu illər əvvəldən ödəyir. Onu dərk edin ki, üçünüz də zavallısınız. Mənim taxta qapımı döyməsinlər ki, dəmir darvazalarını dağıtmayım".

Milli.Az


Etiketlər:  Sözüm üzü parıldayanadır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ