Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Baş Qərargahı: ''Rusiyanın itkiləri 62 mini keçib''

Ukrayna Baş Qərargahı: ''Rusiyanın itkiləri 62 mini keçib''

Tarix: 8 Oktyabr 2022 11:34

Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiyanın 62 060 hərbçisini məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada işğalçıların 380 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 472 tank, 5 111 zirehli maşın, 1 459 artilleriya sistemi, 345 reaktiv yaylım atəşi sistemi, 180 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 234 helikopter, 1 079 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 875 avtomobil və avtoçən, 136 xüsusi texnikadan ibarətdir.

Milli.Az


Etiketlər:  Ukrayna Baş Qərargahı Rusiyanın itkiləri mini keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ